Litva əhalisi pul yığıb Ukrayna üçün “Bayraktar” alır

Litvanın müdafiə nazirinin müavini Vilyus Semeşka “Bayraktar” pilotsuz uçan aparatının alınması ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə səfər edəcək.

Azpost.info xəbər verir ki, Litva “Bayraktar”ı Ukrayna üçün alır.

PUA-nın alınması üçün pul Litva sakinləri tərəfindən yığılıb. Ümumilikdə 5 milyon avrodan çox vəsait toplanıb. Litvanın Müdafiə Nazirliyi hesab edir ki, Ukrayna yayda pilotsuz təyyarəni istifadəyə verə bilər.

Semeşkanın sözlərinə görə, Türkiyə hökuməti bu aksiyada iştirak etməyə hazırdır: “Təkcə pilotsuz təyyarənin özü deyil, həm də döyüş sursatları alınacaq”.

Azpost.info

Əvvəlki məqalə

Rusiya neft embarqosuna görə 22 milyard itirəcək –

Sonrakı məqalə

“Almaniya tezliklə Avropanın ən böyük ordusuna sahib olacaq” –