Liviya ordusunun baş komandanı Haftar Putinlə görüşüb

Liviya Milli Ordusunun (LNA) baş komandanı Xəlifə Haftar Rusiya prezidenti Putin və müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Azpost.info bildirir ki, bu barədə Liviya Milli Ordusu (LNA) məlumat yayıb.

“Liviya Milli Ordusunun baş komandanı marşal Xəlifə Haftar Rusiyanın paytaxtı Moskvada Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu ilə görüş keçirib”, – ordunun sosial media hesabından verilən açıqlamada deyilir.

Liviyanın hərbi lideri Haftar çərşənbə axşamı Rusiyaya səfər edib.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə Putinin Haftarla görüşünü təsdiqləyib. O, Liviya və bütövlükdə regiondakı vəziyyətin müzakirə edildiyini vurğulayıb.

Azpost.info

 

Əvvəlki məqalə

Türkiyə Milli Təhlükəsizlik Şurası Azərbaycanla bağlı qərar verib

Sonrakı məqalə

Antiterror tədbirlərində şəhid olan 6 hərbçinin kimliyi müəyyənləşib