London rus oliqarxının pul kartını bloklayıb –“Bundan sonra necə yaşayacağam?”

Rusiyada AlfaBankın əsasını qoymuş milyarder Mixail Fridman Rusiyanın Ukraynaya hücumuna görə Avropa İttifaqının sanksiya siyasına salınıb.

Azpost.info bildirir ki, oliqarx  “qara siyahı”ya düşdükdən sonra “Bloomberg Businessweek” saytına müsahibə verib. Biznesmen Rusiya sahibkarlarına qoyulmuş Qərb sanksiyalarını “məntiqsiz” adlandırıb.

Onun sözlərinə görə, Avropa səhvən belə hesab edir ki, biznesmenlər Vladimir Putinin qərarlarına təsir göstərmək imkanına malikdirlər.

Fridman Putinin Ukraynada hərbi əməliyyata başlayacağını ağlına gətirməyib. O hətta Londondakı şəxsi firmasında həmkarlarına deyib ki, belə situasiyanı təsəvvür belə etmir.

Bloomberg yazır ki, Fridman Londonda yaşayır və elə sanksiya qoyulan günün səhəri bank kartının işləmədiyini başa düşüb. O deyib ki, bank hesabına giriş üçün Britaniya hökumətinə müraciət etməlidir. Lakin Britaniya hökuməti ona ən yaxşı halda bütün sərvətindən ayda yalnız 2500 funt sterlinq xərcləmək icazəsi verə bilər.

Fridman gileylənib ki, ən xırda xərclərini, məsələn xadimələrin maaşlarını belə ödəyə bilmir. Oliqarx bildirib ki, belə bir halla həyatında heç vaxt üzləşməyib: “Heç bilmirəm bundan sonra necə yaşayacağam”.

Fridmanın sözlərinə görə o, İsrail vətəndaşlığı olsa da, həmin ölkədə evi yoxdur. İndi heç orda da mənzil ala bilmir, çünki hesablarına həbs qoyulub. Fridman deyib ki, sanksiyalardan Qərb şirkətləri ilə əməkdaşlığına görə sanksiya altına düşməyəcəyinə ümid edirmiş. Amma bu, baş verməyib.

ABŞ Rusiya elitasının Qərbdəki sərvətininin axtarışı və həbsi üçün xüsusi qrup yaradıb. Bu qrupa Avstraliya, Britaniya, Kanada, Yaponiya, Almaniya, Fransa, İtaliya və Avropa Komissiyası daxildir. Qrup hazırda 50 nəfəri müşahidə altında saxlayır.

Əvvəlki məqalə

ABŞ-ın eks-prezidentləri Ukraynaya dəstək verdilər –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu