Lukaşenko amnistiya imzaladı- 10 minə yaxın məhkum azad ediləcək

Belarus prezidenti Aleksandr Lukaşenko “Milli birlik günü ilə əlaqədar amnistiya haqqında” qanunu imzalayıb.

Azpost.info xəbər verir ki, sənəd bir neçə kateqoriyadan olan məhbusların, o cümlədən azyaşlıların, hamilə qadınların, 18 yaşına çatmamış uşaqların valideynlərinin, qocaların, radiasiya qəzalarından əziyyət çəkən, istehsalatda xəsarət almış və ya istehsalatda xəstələnən veteranların azad edilməsinin mümkünlüyünü nəzərdə tutur.

Amnistiya nəticəsində 4500-ə yaxın məhkum cinayət cəzasından, 1600 məhkum həbsdən azad olunacaq. Daha 4 minə yaxın məhkumun isə cəza müddəti bir il azaldılacaq.

Amnistiya hüququ yalnız islah yoluna qədəm qoymuş məhbuslara veriləcək. Qanun terrorçuluğa və ya ekstremist fəaliyyətə görə məhkum olunan şəxslərə şamil edilməyəcək.

“Müəyyən qanunvericilik qaydası nəzərə alınmaqla, hər bir konkret məhkum üçün cəza müddətinin azaldılması məsələsi fərdi qaydada həll olunacaq”, – prezidentin mətbuat xidməti bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Tikinti şirkəti Kəlbəcərdə abidəyə dinamit qoyub partladır, nadir ağaclar kəsilir” –

Sonrakı məqalə

“Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışırlar”