Lukaşenko Çinə gedib- Martın 2-dək Pekində görüşlər keçirəcək

Belarus prezidenti Aleksandr Lukaşenko Çinə dövlət səfərinə gedib.

Azpost.info xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Lukaşenko Pekində Çin lideri Si Cinpinlə dar və geniş tərkibdə danışıqlar aparacaq.

“Əsas diqqət ticari-iqtisadi, investisiya və humanitar əməkdaşlığın inkişafı, birgə irimiqyaslı layihələrin həyata keçirilməsi, siyasi sahədə qarşılıqlı fəaliyyət, mövcud beynəlxalq vəziyyətdə ən kəskin çağırışlara cavab axtarmağa yönələcək”, – məlumatda deyilir.

Danışıqların yekununda əsas istiqamətlər üzrə əlaqələrin inkişafına dair sənədlər paketinin imzalanacağı gözlənilir.

Lukaşenkonun Çinə dövlət səfəri martın 2-də başa çatacaq.

Azpost.info

Əvvəlki məqalə

“Putin danışıqlara açıqdır, təşəbbüs göstərən yoxdur”

Sonrakı məqalə

Ceyhun Bayramovun Sergey Lavrovla görüşü başlayıb