Lukaşenko Putinə nüvə silahına görə təşəkkür edib

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə ölkə ərazisində taktiki nüvə silahı yerləşdirmək qərarına görə təşəkkür edib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Moskva və Minskin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı razılığa gəlməsi martın 25-də məlum olub. Həmin vaxt Putin qeyd etmişdi ki, Rusiya öz nüvə silahlarını Belarusa ötürmür, ABŞ-ın on ildir ki, gördüyünü edir. Rusiya lideri onu da bildirmişdi ki, ABŞ-ın müəyyən ölkələrdə daşıyıcıları və ekipajları hazırlayan müttəfiqləri var və Rusiya da bunu edəcək.

Azpost.info

Əvvəlki məqalə

İlham Əliyevlə Nikol Paşinyanın Moskva görüşündə 2 sənədin qəbulu gözlənilir

Sonrakı məqalə

“Kamaz”ı polis əməkdaşlarının üstünə sürən sürücü saxlanılıb –