Belarus lideri Aleksandr Lukaşenko Rusiyada səfərdədir.
Azpost.info xəbər verir ki, o, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Lukaşenkonun mətbuat xidmətindən bildiriblər ki, Moskvada ikitərəfli münasibətlər, ittifaq əməkdaşlığının inkişafı, sanksiyalar şəraitində iqtisadi əməkdaşlıq müzakirə ediləcək.
Belarusun rəsmi qəzeti görüşdə regiondakı və Ukraynadakı vəziyyətin də müzakirə olunacağını yazıb.
Azpost.info