Lukaşenkonun səhhətində problem yaranıb?- Kremldən AÇIQLAMA

Kreml Belarus prezidenti Aleksandr Lukaşenkonun səhhətinin pisləşməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Azpost.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Lukaşenko mayın 9-da Qırmızı Meydanda Qələbə Günü paradının bitməsindən sonra dərhal Minskə uçduğu üçün qeyri-rəsmi səhər yeməyinə qatıla bilməyib. Belarus lideri bunu bayram tədbirlərində iştirak etməli olması ilə izah edib.

Peskov Lukaşenkonun səhhətinin vəziyyəti barədə danışmaqdan imtina edib.

“Aleksandr Qriqoryeviçin səhhəti ilə bağlı nəsə deməyim qeyri-korrekt olardı. O, bizimlə idi, Qələbə bayramının sevincini bizimlə bölüşdü. Belarus rəhbərliyinə və şəxsən Aleksandr Qriqoryeviçə son dərəcə minnətdarıq ki, o, belə bir fürsət tapıb. Bilirsiniz ki, onun Minskdə Qələbə Günü ilə bağlı tədbirləri olub, ona görə də o, mümkün qədər tez getməli olub”, – Peskov bildirib.

Azpost.info

Əvvəlki məqalə

Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdi

Sonrakı məqalə

Prezident və birinci xanım Şuşada yaşayış kompleksinin tikintisi ilə tanış olublar