Vahid Ələkəbrovun istefasından sonra “Lukoyl” şirkətinə müvəqqəti rəhbər təyin edilib.
Azpost.info RBK-ya istinadən bildirir ki, “Lukoyl”un birinci icraçı vitse-prezidenti Vadim Vorobyov prezident səlahiyyətlərini müvəqqəti icraçısı təyin edilib.
Qeyd edək ki, Böyük Britaniyanın sanksiyalarına məruz qalan şirkətin təsisçisi və ən böyük payçısı Vahid Ələkbərov bu gün vəzifəsindən getdiyini bəyan edib.
V.Vorobyov əvvəllər şirkətdə neft məhsullarının satışının koordinasiyasına rəhbərlik edib, 2016-cı ildən neft emalı, neft-kimya və qaz emalı üzrə vitse-prezident, 2018-ci ildən şirkətin birinci vitse-prezidenti olub. 2020-ci ildən isə birinci icraçı vitse-prezident təyin edilib.
“Lukoyl-un Direktorlar Şurası aprelin 21-i cümə axşamı günü şirkətin birinci icraçı vitse-prezidenti və idarə heyətinin üzvü olan Vadim Vorobyovu prezident səlahiyyətlərini icraçısı təyin edib”-deyə açıqlamda vurğulanıb.