Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı dördüncü sanksiya paketini elan edib.
Azpost.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında bildirilir. Aİ rəsmiləri qadağaya polad məmulatları, lüks mallar, premium avtomobillər və zərgərlik məmulatlarının daxil olduğunu açıqlayıblar.
Avropa ölkələri enerji sektoruna yeni sərmayələrin qoyulmasını qadağan edirlər. Lakin sülh məqsədi ilə atom və enerji nəqli üçün istisnalar var. Məhdudiyyətlərin tam siyahısı yaxın günlərdə dərc ediləcək.
Azpost.info