Rusiya Ordusu Lvova endirdiyi raket zərbələri nəticəsində 6 nəfər həlak olub. Ölənlədən biri uşaqdır.
Azpost.info xəbər verir ki, bu barədə Lvov vilayətinin rəhbəri Maksim Kozitski “Facebook”da bildirib.
“Qərb Hava Komandanlığının məlumatına görə, bu gün səhər saatlarında Lvova dörd raket zərbəsi endirilib. Üçü hərbi infrastruktura endirilib. Zərbələr nəticəsində yanğınlar baş verib. Yanğının söndürülməsi hələ də davam edir. Obyektlərə ciddi ziyan dəyib. Təəssüf ki, ölənlər və yaralananlar var. Bu saata olan məlumata görə, 6 ölü və 8 yaralı var. Ölənlər arasında bir uşaq da var”.