Məhkəmə afrikalı sabiq prezidentə ömürlük həbs cəzası verdi

Mərkəzi Afrika Respublikasının keçmiş prezidenti Fransua Bozize qiyabi olaraq ömürlük həbsə məhkum edilib.

Azpost.info xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

Məhkəmə Bozizeni qiyamda təqsirli bilib.

Fransua Bozize Mərkəzi Afrika Respublikasında dövlət çevrilişi ilə hakimiyyətə gəlib. O, 2003-cü ilin yazından devrildiyi 2013-cü ilin martına qədər ölkə prezidenti postunu tutub.

2020-ci ilin dekabrında Bozize Dəyişiklik üçün Patriotlar Koalisiyasına rəhbərlik etdi və hakimiyyəti ələ keçirməyə cəhd etdi. Hökumət qüvvələri və onların beynəlxalq müttəfiqləri tərəfindən məğlub edildikdən sonra Bozize ölkədən qaçdı.

Azpost.info

Əvvəlki məqalə

Ukrayna Rusiyanın Qara Dəniz donanmasının qərargahını raketlə vurdu

Sonrakı məqalə

“Hədiyyə qazan” və fişinq məqsədi daşıyan saxta saytlardan ehtiyatlı olun