Moskva şəhər məhkəməsi Vladimir vilayətindəki 6 saylı cəzaçəkmə müəssisəsində keçirilən iclasda müxalifət lideri Aleksey Navalnıya 19 il həbs verib.
Azpsot.info xəbər verir ki, o, cinayət məcəlləsinin 6 maddəsi ilə yeddi epizodda təqsirli bilinib.
İstintaqın məlumatına görə, Navalnı ekstremist fəaliyyətə çağırış, ekstremist təşkilat yaratmaq, ekstremizmin maliyyələşdirilməsi, vətəndaşların hüquqlarını pozan QHT yaratmaq, nasizmin reabilitasiyası, yetkinlik yaşına çatmayanları qanunsuz hərəkətlərə cəlb etmək kimi cinayətlər törədib.
Navalnı bundan əvvəkli ittiham üzrə 9 il həbs cəzası almışdı.
Azpsot.info