ABŞ məhkəməsi ölkənin sabiq prezidenti Donald Trampı dələduzluqda təqsirli bilib.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məhkəmə keçmiş prezidentin sərvətini maliyyə hesabatlarında ildə milyardlarla dollar şişirtməyə görə məsuliyyət daşıdığına dair qərar verilib. Prokuror Tramp üçün 250 milyon dollar cərimə, həmçinin ona və oğullarına ailə biznesi olan “Trump Organization”u idarə etməsinə qadağa qoyulmasını istəyir.
Qeyd edək ki, D.Tramp 2024-cü il seçkilərində qalib gəlsə, altı aydan bir ilə qədər olan müddətdə ölkənin daxili problemlərinin çoxunu həll etməyə hazır olduğunu deyib.
Azpost.info