Almaniya kansleri Angela Merkel daha siyasətlə məşğul olmayacaq.
O, bu barədə DW-yə müsahibəsində bildirib.
“Mən daha siyasətlə məşğul olmayacağam, siyasi münaqişələri həll etməyəcəyəm. 16 ildir federal kansler kimi Avropa İttifaqında, beynəlxalq səviyyədə məmnuniyyətlə çalışmışam və həmişə çoxtərəfliliyin tərəfdarı olmuşam. İndi isə hələ də nə edəcəyimi bilmirəm. Artıq dediyim kimi, əvvəlcə bir az istirahət edəcəyəm, sonra görək ağlıma nə gəlir. Hökumət başçısının vəzifələrindən biri də baş verənlərə dərhal reaksiya verməkdir. İndi nə etmək istədiyim barədə düşünəcəyəm. Bu, yalnız bir neçə aydan sonra aydınlaşacaq”, – Almaniya kansleri qeyd edib.