“Ukraynadakı hərbi əməliyyatlar mövcud dünya nizamına meydan oxuyub və bunu yalnız Çin dəyişə bilər”.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns deyib.
Onun fikrincə, Çin bunun üçün lazımi iqtisadi və siyasi resurslara malikdir: “Çin beynəlxalq nizamı dəyişmək üçün artan iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malik olan yeganə ölkədir”.
Berns əlavə edib ki, Çin daxilində artan repressiyalara və ölkənin Rusiya ilə tərəfdaşlığına, Tayvanla bağlı hərəkətlərinə göz yummaq mümkün deyil.
O, Çindən asılılığın azaldılmasının vacibliyini də bəyan edib.
Azpost.info