“Məsələ həllini tapacaq” –Nazirlikdən rezonans doğurmuş fotoya reaksiya

Təhsil Nazirliyi bu gün fotosu sosial şəbəkədə yayılan, kiçik və təmirsiz olan Lerik rayonu Dico kənd məktəbi ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən APA-ya bildirilib ki, son 10 il ərzində ölkədə 3500-dən çox məktəb tikilib və ya əsaslı təmir olunub. Həmçinin son 7 ildə Lerik rayonunda 36 məktəb tikilib və ya əsaslı təmir olunub, bunlardan 29-u modul tiplidir:

“Dico kənd ibtidai məktəb 1 otaqlı, 10 şagird yerlikdir. Məktəbdə 2 şagird təhsil alır, 1 müəllim çalışır. Məktəb 4 illik olduğundan şagirdlər 8 km-lik məsafədə yerləşən Tikəband kənd tam orta məktəbində təhsillərini davam etdirirlər.

Növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində bu məqsədlə Təhsil Nazirliyinə vəsait ayrıldığı təqdirdə müraciətdə qaldırılan məsələ öz həllini tapacaq” – açıqlamada qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini qaldırıb

Sonrakı məqalə

“Qərb qızıl ehtiyatımızı dondurub, bizə müharibə elan edilib” –