Məşhur “Heineken” şirkəti Rusiyada pivə istehsalı biznesini 1 avroya satdı

Niderlandın məşhur “Heineken” pivə şirkəti 7 zavod və 1800 işçinin daxil olduğu Rusiya bölməsini 1 avroya satıb.

Azpost.info xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Heineken 20 ildən artıq işlədiyi Rusiyaya qayıtmaq niyyətində deyil. Sövdələşmə aktivlərin geri alınması imkanını nəzərdə tutmur.

Hökumətin xarici investisiya komissiyası tərəfindən təsdiqlənən əməliyyat nəticəsində “Heineken” 300 milyon avro itkiyə məruz qalacaq. Eyni zamanda, alıcı “Arnest Group” “Heineken United Brewery” MMC-nin ana şirkətə olan 100 milyon avro məbləğində daxili korporativ borcunu hissə-hissə ödəməyə razılaşıb.

“Heineken” 2002-ci ilin fevralında Sankt-Peterburqda ilk pivə zavodunu açıb. Şirkətin portfelinə “Heineken”, “Amstel”, “Krusovice”, “Affligem”, “Gösser”, “Tri medvedya”, “Oxota”, “Okskoe”, “Stepan Razin”, “Mister Lis”, Strongbow” daxil olmaqla 30-dan çox beynəlxalq, milli və regional brend daxildir.

“Heineken”in alıcısı Rusiya və MDB ölkələrində parfümeriya, kosmetika və aerozol qablaşdırmada məişət məhsullarının əsas istehsalçısı olan “Arnest” şirkətidir.

Azpost.info

Əvvəlki məqalə

Anjey Kaspşik Ermənistan-Azərbaycan sərhədinə gəlib

Sonrakı məqalə

Daşaltıda 31 il əvvəl itkin düşən Nurəli Abdullayevin cənazəsi Bülbülə Şəhidlər xiyabanına gətirilib