Məşhur rus reperi Qarabağla bağlı dediklərinə görə üzr istədi:

"İçkili olmuşam, məni bağışlayın"
13 Yanvar 2022 - 11:02

44 günlük müharibə zamanı azərbaycanlıları təhqir edən tanınmış rus reperi Aleksandr Timartsev (Restorator) üzr istəyib.

“Lenta.ru”nun məlumatına görə, reper instaqramda paylaşdığı videoda deyib:  “Azərbaycanın bütün sakinləri qarşısında üzr istəyirəm. Yalnız sevgi və hörmət. Mən çox içmişdim, bunu dediyimi xatırlamıram. Sizi çox sevirəm, məni bağışlayın. Bilmirəm ki, bunu niyə demişəm. Bir daha üzr istəyirəm”.

2020-ci ildə çəkilmiş və “TikTok” və bir sıra teleqram kanallarında yayılmış videoda A.Timartsev azərbaycanlıları diz çökməyə və Qarabağı Ermənistana verməyə çağırıb.