Məşhur “Terminator” filminin çəkiliş prosesindən maraqlı görüntülər –1991-ci il /VİDEO

İnternetdə ABŞ-da 1991-ci ildə çəkilmiş məşhur “Terminator 2- “Qiyamət günü” filminin çəkiliş prosesi ilə bağlı maraqlı görünütlər paylaşılıb. 

Azpost.info bildirir ki, görünütdə ayrı-ayrı epizodların necə lentə alınması göstərilir.

“Terminator 2: Qiyamət Günü” filmi  1991-ci ildə Ceyms Kemeronun rejissorluğu ilə çəkilib. Bu, 1985-ci ildə çəkilmiş “Terminator” filminin davamı olan Amerika elmi fantastika filmidir. Baş rolda Arnold Şvartsnegger çəkilib.

Bir çox tədqiqatçıların fikrincə, film kino tarixində kompüter animasiyasından istifadə ilə geniş diqqəti cəlb edən dəyişdirən ilk film olub.

Çəkilişlər 8 oktyabr 1990-cı ildən 1991-ci il martın 28-dək Kaliforniyada (əsasən Los-Ancelesdə) aparılıb.

Film kompüter animasiyasından istifadə edən ilk filmlərdəndir.

Film üzərində işləmək üçün hərəkət edən üçölçülü obyektləri, o cümlədən insanları simulyasiya etməyə imkan verən 100.000 sətir prinsipial yeni proqram təminatı yaradılıb. Bu proqramların hazırlanmasına yarım milyon dollar sərmayə qoyulub.

Film 4 Oskar, bütövlükdə 20-yə yaxın mükafat alıb.

Azpost.info

 

Əvvəlki məqalə

Qazaxda Gürcüstan Səfirliyinin avtomobili aşıb, xəsarət alanlar var

Sonrakı məqalə

“Çox keyfiyyətli komanda ilə oynayacağıq” –