Əvvəllər özünün şəxsi hərbi şirkətini yaradacağını deyən Çeçenistan rəhbəri Ramzan Kadırov indi də bütün dünyada döyüşməyə qadir olan ordu qurmağı düşünür.
Azpost.info xəbər verir ki, o, bu istəyini məzlum xalqları qorumaq zərurəti ilə izah edib.
“Son vaxtlar mən yaxşı ordu yaratmaq barədə daha çox düşünürəm ki, onlar müxtəlif dövlətlərə keçə bilsinlər və özlərini ən demokratik adlandıran ölkələrin təcavüz etdiyi xalqları müdafiə etsinlər”, – Kadırov deyib.
Çeçenistan lideri qeyd edib ki, belə bir orduya dünyanın hər yerindən insanları cəlb etməyə hazırdır. Eyni zamanda, bu orduda olanlar pul üçün döyüşməməlidirlər: “Özəl hərbi şirkətlərdən fərqli olaraq, Kadırov üçün pul naminə deyil, nizam naminə canlarını verməyə hazır olan vətənpərvərlər vuruşacaqlar”.
Kadırov istefa verdikdən sonra muzdlular ordusuna rəhbərlik etmək istəyindən ilk dəfə 2023-cü ilin fevralında bəhs edib. O, “Vaqner”in effektivliyini yüksək qiymətləndirib və gələcəkdə bu şirkətin yaradıcısı Yevgeni Priqojinlə rəqabət aparacağına söz verib.
Azpost.info