“Məhkəmə qərarlarının 50 faizini icra edə bilmişik” –Ədliyyə naziri Fikrət Məmmədov

“Son illərdə məhkəmə icraatında hər il 900 minə qədər iş olub, bu ilin ilk yarısında isə say artıq 850 mindir. Onların təxminən 50 faizini icra etməyə müvəffəq olmuşuq. Bu da Avropanın orta statistik göstəricilərinə uyğundur”.

Azpost.info bildirir bu sözləri ədliyyə naziri Fikrət Məmmədov haqqın.az saytına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, son yarım ildə borclulardan iddiaçıların xeyrinə 950 milyon manat alınıb.

“Bütün sahələrdə olduğu kimi, burada da problemlər var və onların həlli üçün müvafiq ölçülər götürülür. O cümlədən qanunvericiliyə daha işlək icra mexanizmlərini nəzərdə tutan dəyişikliklər olunur, icraatla bağlı nəzarət gücləndirilir.”-deyə nazir açıqlayıb.

F.Məmmədovun sözlərinə görə, “Elektron icra olunma” informasiya sistemi ədliyyə nazirliyinin icra strukturlarının hələlik yalnız 40 faizini əhatə edir, ancaq gələn il bütün ölkəni əhatə etməyi planlaşdırırlar: “Bundan əlavə, icraetmə prosesinin daha mükəmməl qanunverici nizamlanması üçün ilk dəfə olaraq tam əhatəli normativ aktın – “Cəzaların icrası Kodeksi”nin layihəsi hazırlanıb və hazırda müzakirə mərhələsindədir”.

Nazir bildirib ki, Prezidentin “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına müvafiq olaraq Ədliyyə nazirliyi icraetmənin alternativ formalarını təklif etməlidir: “Biz beynəlxalq təcrübəni analiz etdik və Azərbaycanda alternativ əsaslarla xüsusi icraetmə institutunun tətbiqini məqsədəuyğun saydıq. Bu institut Avropanın bir çox ölkələrində özünü doğruldub. Bununla əlaqədar müvafiq qanun layihələri paketi işlənib hazırlanaraq müzakirəyə təqdim olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə yaşa görə aylıq müavinət alanların 85 faizi qadınlardır

Sonrakı məqalə

BMT məhkəməsi Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq