Məhkəmə Vətən müharibəsi iştirakçısını azadlığa buraxıb –FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsi Vətən müharibəsi iştirakçısı barədə humanist qərar qəbul edib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə azadlıqdan məhrum edilən Kərimzadə Tunar Famiz oğluna hökm oxunub.

Hökmə əsasən, Vətən müharibəsi zamanı bir neçə rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən şəxs barəsində 3 il azadlıqdan məhrum etmə cəzası təyin olunub. Lakin onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunmaqla 1 il sınaq müddəti seçilib və məhkəmə zalından azadlığa buraxılıb.

Hakim Əfqan Hacıyev təqsirləndirilən şəxsə gələcək həyatında uğurlar arzu edərək qanuna zidd əməllərdən uzaq olmağı arzu edib.

Tunar Kərimzadə humanist qərar qəbul etdiyi üçün məhkəmə heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Tunar Kərimzadə müharibədən sonra “Laçının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

YAP Aytac Əliyevanın həbsinə münasibət bildirib

Sonrakı məqalə

Son sutkada 2440 nəfər COVID-19-a yoluxub, 26 nəfər ölüb