“Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Kiyevdə Zelenski ilə görüşüb”-“The Washington Post”

Noyabrın 15-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş keçirib.

Azpost.info xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

“Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns çərşənbə axşamı Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. O, Rusiya təcavüzünə qarşı mübarizədə ABŞ-ın Ukraynaya dəstəyini bir daha təsdiqləyib”, – məlumatda bildirilir.

Qəzetin yazdığına görə, Börns ukraynalı həmkarları ilə də görüşüb və ABŞ-ın daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbərinə nüvə silahından istifadə edilməməsi ilə bağlı verdiyi xəbərdarlığı müzakirə edib.

Azpost.info

Əvvəlki məqalə

“Oskar”a namizəd olan Pakistan filmi dindarları qəzəbləndirdi –

Sonrakı məqalə

G20 ölkələri Rusiyadan Ukraynanı qeyd-şərtsiz tərk etməyi tələb etdi –