Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin parlamentin aşağı palatasının vitse-spikerləri və komitə sədrlərinin maaşlarının artırılmasını təklif edib.
Azpost.info xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.
Volodin Dövlət Dumasında maaşı başqalarından fərqlənən yeganə şəxsin özü olduğunu ədalətsizlik hesab etdiyini deyib.
Onun sözlərinə görə, Dumanın qənaət etdiyi 600 milyon rubl var və bu vəsaiti vitse-spikerlərə, komitə sədrlərinə yönəltmək olar.
Azpost.info