Macarıstanın baş naziri Viktor Orban NATO qoşunlarının ölkənin qərbində yerləşdirilməsinə və alyans üzvü olan dövlətlərə silah tədarükünə icazə verən fərman imzalayıb.
Azpost.info xəbər verir ki, fərmana əsasən, müttəfiq dövlətlərin Silahlı Qüvvələrinə Macarıstan ərazisindən quru və hava yolu ilə silah tədarükünə icazə verilir. Lakin Ukrayna fərmanda istisna ölkə kimi qeyd olunur. Budapeşt milli təhlükəsizlik maraqlarını nəzərə alaraq Ukrayna ərazisinə öldürücü silah və texnikanın tədarükünü qadağan edir.
Azpost.info