Macarıstan Ukraynaya yardım ayrılmasına yenə qarşı çıxdı

“Macarıstan hakimiyyəti Avropa İttifaqının Ukraynaya 20 milyard avro məbləğində hərbi yardım ayırmaq təklifinə qarşıdır”.

Azpost.info xəbər verir ki, bunu Macarıstan Baş Naziri Aparatının rəhbəri Gergey Guyyaş bildirib.

Daha əvvəl Macarıstan Xarici İşlər Nazirliyi də bu mövqedən çıxış etmişdi.

“Biz Aİ-yə daxil olmayan bir dövlətə onun büdcəsindən dəstək verə bilmərik”, – Guyyaş brifinqdə deyib.

Azpost.info

 

Əvvəlki məqalə

Ermənistan sülh və sabitlikdə maraqlıdırsa, “Ağdam-Xankəndi” yolundan istifadəni dəstəkləməlidir

Sonrakı məqalə

Gürcüstanda zəlzələ olub