Makron Zelenski ilə telefonla danışdı, silah vəd etdi

Makronla Zelenski arasında telefon söhbəti olub Fransa prezidenti Emmanuel Makron bu gün ukraynalı həmkarı Vladimir Zelenskiyə zəng edib.

Azpost.info xəbər verir ki, bu barədə BFM telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Tərəflər Ukraynadakı son durumu müzakirə ediblər. Makron və Zelenski sonuncu dəfə aprelin 14-də danışıb.

Makron Zelenskiyə Ukraynaya müdafiə silahları və humanitar yardımla bağlı dəstəyi artıracağına söz verib.

Zelenskinin sözlərinə görə, onlar Rusiyanın Ukraynadakı cinayətlərinin araşdırılmasını, ukraynalıların Rusiya qoşunlarına müqavimətini müzakirə ediblər.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan MTX ölkədə kütləvi iğtişaşlar təhlükəsi barədə məlumat yayıb

Sonrakı məqalə

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, ölən olmayıb