Fransa prezidenti Emmanuel Makron Parisdə keçirdiyi görüş zamanı ukraynalı həmkarı Vladimir Zelenskini “Şərəf Legionu” ordeni ilə təltif edib.
Azpost.info xəbər verir ki, Makronun sözlərinə görə, mükafat Ukraynaya və onun xalqına verilən qiymətdir.
“Ukraynaya və onun xalqına dərin hörmətlə… Hörmətli Vladimir, cəsarətiniz və fədakarlığınız qarşısında baş əyirəm”, – Makron deyib.
“Şərəf Legionu” Fransanın ən yüksək mükafatıdır və yalnız prezident tərəfindən verilə bilər.
Azpost.info