Makronun Ukrayna üzrə “sülh planı”…- Fransa lideri Çindən kömək istəyir

Fransa prezidenti Emmanuel Makron Çini Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara cəlb etmək cəhdlərini davam etdirir.

Azpost.info xəbər verir ki, Yaponiyada xarici işlər nazirlərinin görüşünü başa vuran G7 ölkələri Ukrayna məsələsində Pekinlə işləməyə hazırdırlar. Lakin mümkün kompromis sərhədlərini də müəyyən ediblər. Bunlar Ukraynanın ərazi bütövlüyü və Rusiyaya Çin silahlarının tədarükü məsələləridir.

Planlarla tanış olan mənbələr “Bloomberg”ə bildiriblər ki, Makron xarici siyasət üzrə müşaviri Emmanuel Bonnetə aparıcı çinli diplomat Van İ ilə Rusiya və Ukrayna arasında gələcək danışıqların keçirilə biləcəyi bir format yaratmağı tapşırıb. Onların fikrincə, Parisin strategiyası bu yay belə danışıqlara başlamağı nəzərdə tutur. Lakin bu, bir sıra şərtlərdən asılı olacaq. Şərtlərin arasında Ukrayna Silahlı Qüvvələrinin uğurlu yaz əks-hücumunu qeyd etmək olar ki, bu da Kiyevə danışıqlarda güclü mövqedən iştirak etməyə imkan verəcək.

“Bloomberg” mənbələri bildirirlər ki, Makronun planına Ukraynaya Rusiyanı növbəti təcavüz aktlarından çəkindirəcək uzunmüddətli təhlükəsizlik zəmanətləri də daxildir.

Yelisey sarayının sözçüsü “Bloomberg”ə Bonnetin Van İ ilə danışacağını təsdiqləyib, lakin təfərrüatları verməkdən imtina edərək bildirib ki, Paris müttəfiqlərini istənilən təşəbbüslərdən xəbərdar edəcək.

Bu arada, Makron Çin lideri Si Cinpinlə bu yaxınlarda keçirdiyi görüşdə Ukrayna məsələsində Pekindən əhəmiyyətli irəliləyiş əldə edə bilmədi. Bu mövzuda heç bir razılaşma barədə məlumat verilmədi.

Azpost.info

Əvvəlki məqalə

Rza Pəhləvi Yerusəlim məbədinin divarı qarşısında dua edib –

Sonrakı məqalə

Prezident İlham Əliyev Salyanda “ASAN xidmət” Mərkəzinin açılışını edib