Malatyada 5,6 bal gücündə zəlzələ olub- Ətraf vilayətlərdə də hiss olunub

Türkiyənin Malatyada bölgəsində 5,6 bal gücündə zəlzələ baş verib.

Azpost.info xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Malatyanın Yeşilyurt bölgəsi olub. Ətraf əyalətlərdə də hiss edilən zəlzələ 6,96 kilometr dərinlikdə baş verib.

Zəlzələ nəticəsində bəzi qəzalı binalarda dağıntıların meydana gəldiyi deyilir. Yeraltı təkandan sonra vətəndaşlar meydanlara toplaşıb.

Zəlzələ Malatya ilə yanaşı Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi ətraf vilayətlərdə də hiss olunub. AFAD bölgədəki qəzalı binalara girməmək və riskli binaların ətrafında dayanmamaqla bağlı xəbərdarlıq edib.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan və İran xarici işlər nazirləri görüşüb

Sonrakı məqalə

“NATO Polşadakı təlimlərlə Putinə aydın siqnal verəcək”