Malatyadakı zəlzələdə 1 nəfər ölüb, 69 nəfər yaralanıb- AFAD

Türkiyənin Malatyada bölgəsində 5,6 bal gücündə baş verən zəlzələdə ölən və yaralananlar var.

Azpost.info xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 12.04-də Malatyanın Yeşilyurt bölgəsində qeydə alınıb.

AFAD sədri Yunus Sezər zəlzələdə 1 nəfərin öldüyünü, 69 nəfərin yaralandığını açıqlayıb.

Yeşilyurt Bələdiyyə Başçısı Mehmet Çınar əşyalarını almaq üçün yuxarı qalxan ata və qızın 4 mərtəbəli binanın dağıntıları altında qaldığını açıqlayıb.

O bildirib ki, ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.

AFAD rəhbərliyi qəzalı binalara girməmək barədə xəbərdarlıq edib.

Azpost.info

 

Əvvəlki məqalə

“NATO Polşadakı təlimlərlə Putinə aydın siqnal verəcək”

Sonrakı məqalə

“Krımın Ukraynanın tərkibinə daxil olacağını təsəvvür belə, etmirik”