“Rusiya ilə ABŞ arasında gələcək təmaslar istisna edilmir”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun Kremlə dron hücumunu inkar etməsinə baxmayaraq, lazım gələrsə, ölkənin maraqlarını təmin etmək üçün qarşılıqlı fəaliyyət davam etdiriləcək.
“Təbii ki, öz məqsədlərimizə nail olmaq, maraqlarımızı təmin etmək üçün istənilən təmaslar mümkündür. Əlbəttə ki, lazım gələrsə, əlaqələr davam etdiriləcək”, – Peskov deyib.
Azpost.info