Mariupolda doğum evinə hücum olub, ölən və yaralananlar var

 

Rusiya hərbçiləri Mariupoldakı doğum evinə artilleriya zərbəsi endiriblər.

Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin feysbukda yazıb.

“Ruslar Mariupoldakı 2 saylı doğum evinə artilleriya zərbəsi endiriblər. Şahidlərin sözlərinə görə, doğum evi yerlə-yeksan olub, çoxlu sayda yaralı var. Bir qadın həlak olub”, – Abroskin qeyd edib.

Bundan əlavə, Mariupol Şəhər Şurasının mətbuat xidməti rus hərbçilərinin uşaq xəstəxanasına bir neçə bomba atdığını bildirib:

“Dağıntılar böyükdür. Xəsarət alan uşaqlarla bağlı məlumat dəqiqləşdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ukrayna Putinlə Zelenskinin görüşünün təşkili üçün Almaniyaya müraciət edib

Sonrakı məqalə

Zelenskinin ofisi Ukraynanın neytral statusunun müzakirəsi üçün şərtini açıqlayıb