Marsda su da var, külək də –Yeni sübutlar tapılıb

“Zhurong” kəşfiyyat aparatından istifadə edən beynəlxalq alimlər qrupu Marsda su və küləyin mövcudluğuna dair yeni sübutlar tapıblar.

Azpost.info xəbər verir ki, Çin, Kanada və Almaniyadan olan alimlərin bu tədqiqatının nəticələri “Nature Geoscience” jurnalında dərc olunub.

Kameralardan alınan məlumatlar aparatın keçdiyi hissənin kifayət qədər düz və bir neçə daş parçasından ibarət olduğunu göstərib. Ortaya çıxan görüntülərdə küləyin təsirindən əmələ gəldiyi ehtimal edilən daşların üzərində kiçik kəsikli xətlər görünüb. Bəzi daşlarda elm adamları su eroziyasının izlərini də aşkar ediblər.

Orbitdən gələn kadrlarda mütəxəssislər Marsın səthində Yerdəki qum təpələrinə bənzəyən dalğaları müşahidə ediblər. Tədqiqatçılar hesab edirlər ki, onlar külək nəticəsində yaranıb. Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiyaya qarşı belə iqtisadi müharibə olmamışdı” –

Sonrakı məqalə

Eldar Həsənovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb