“Mars”ın Rusiya bölməsində yoxlamalar başlayıb- ABŞ şirkəti Ukraynaya sponsorluqda ittiham olunur

Moskva prokurorluğu ABŞ-ın “Mars” korporasiyasının Rusiya bölməsini Ukrayna ordusunu maliyyələşdirmə və vergidən yayınma ittihamları üzrə yoxlamağa başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazır.

“Moskva vilayətinin prokurorluğu “Mars” MMC-nin qanunsuz fəaliyyətini yoxlayır. Xüsusən də Ukrayna silahlı qüvvələrinə maliyyə dəstəyinin göstərilməsi, eləcə də əldə edilən gəlirlərin etibarlılığı və Rusiya büdcəsinə ödənilən vergi ayırmaları yoxlanılır”, – agentliyin həmsöhbəti bildirib.

Bundan əvvəl təhlükəsizlik və korrupsiya ilə mübarizə üzrə federal layihənin rəhbəri Vitali Borodin Rusiya Baş Prokurorluğundan “Mars”la bağlı yoxlama aparılmasını xahiş etmişdi. O, iddia edib ki, “Mars” şirkəti Rusiyada “milyardlar” qazanır və humanitar məqsədlər adı altında Ukraynaya sponsorluq edir.

“Mars Corporation” “Bounty”, “Snickers”, “Milky Way”, “Twix”, “M&M’s”, “Skittles” kimi şokolad və şirniyyat markalarının sahibidir. Şirkət həmçinin “Orbit” və “Wrigley’s” saqqız brendlərinin, “Pedigree”, “Royal Canin” və “Sheba” ev heyvanları üçün qida brendlərinin sahibidir.

Azpost.info

Əvvəlki məqalə

Konsulluq Türkiyədə qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşları ilə görüşəcək

Sonrakı məqalə

PSJ Mbappeni əvəz edəcək hucumçunu tapıb –