Mask Trampın “Tviter”ə qayıdıb-qayıtmamasını səsverməyə qoyub- İstifadəçilər nə deyir?

İlon Mask “Tviter” istifadəçilərindən ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabını blokdan çıxarmağın zəruri olub-olmadığını soruşub.

Azpost.info xəbər verir ki, “Tviter”in yeni sahibi sorğunun bir gün davam edəcəyini bildirib.

İstifadəçilər “bəli” variantını seçməklə Trampın “Tviter”ə qayıtması ilə razılaşa və ya “yox” variantına üstünlük verə bilərlər.

Eyni zamanda Mask istifadəçilərə “Xalqın səsi Allahın səsidir” deyimini xatırladıb. Artıq sorğuda 997 min istifadəçi iştirak edib. Onların əksəriyyəti (62 faizi) hesab edir ki, Trampın hesabı bərpa edilməlidir. İstifadəçilərin 38 faizi buna qarşıdır.

“Tviter”in əvvəlki rəhbərliyi 2021-ci ilin əvvəlində Trampa şəbəkədən istifadəni qadağan etmişdi. Həmin vaxt bunu belə əsaslandırmışdılar ki, eks-prezident sosial şəbəkədən ABŞ-da sabitliyi pozmaq üçün istifadə edə bilər.

Azpost.info

Əvvəlki məqalə

Neftçalada çaqqalların hücum etdiyi şəxs ölüb

Sonrakı məqalə

Latviya səfirliyi Bakıda corab sərgisi açıb –