Azpost.info rus KİV-lərinə istinadən xəbər verir ki, Mixail Bulqakovun əsəri əsasında hazırlanan “Master və Marqarita” filminin çəkilişləri 2020-ci ilin yazında başlayacaq. Filmin rejissoru Nikolay Lebedev, prodüseri Rusiyanın ORT kanalının baş direktoru Konstantin Ernesdir.
Çəkiliş heyəti bu layihənin Rusiyada son illərdə çəkilən ən yüksək büdcəli ekran əsərlərindən biri olmasını söyləyir.
Filimdə əcnəbi aktyorların iştirakı gözlənilsə də hələ ki, adlar çəkilmir.
İ.Tolstunov deyib: “Gələn ilin mart ayından “Master və Marqarita” filminin çəkilişlərinə başlayırıq. Kastinq hələ davam edir. Layihədə əcnəbi aktyorların iştirakı gözlənilir. Filmin büdcəsini elan etməsək də bunun Rusiya kino tarixində ən bahalı film olduğunu söyləyə bilərik”.
Qeyd edək ki, filmin rejissoru olacaq Nikolay Lebedev “Ekipaj”, “Əfsanə nömrə 17” kimi məşhur filmlərin müəllifidir.
Proyekt Rusiya Kino Fondu tərəfindən dəstəklənib.