Mayın 9-dan Soçi-Bakı aviareysi açılır

Mayın 9-da Soçi-Bakı aviareysi açılacaq.

Bu barədə Rusiyanın “Azimut” aviasiya şirkəti məlumat yayıb.

Reyslər həftədə iki dəfə – bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Biletlərin qiyməti 127 avrodan başlayacaq.

Soçidən uçuş 01.00-da, Bakıya eniş 03.50-də, Bakıdan uçuş 04.20-də, Soçiyə eniş 05.20-də olacaq. Hazırda bu aviasiya şirkəti Bakıdan Mineralnıe Vodıya uçuş həyata keçirir.

Əvvəlki məqalə

Azərbaycanla Ermənistan arasında sərhəd buraxılış məntəqələri müəyyənləşib

Sonrakı məqalə

ATƏT sədrinin nümayəndəsi Kasprşik ABŞ Dövlət Departamentində görüş keçirib