“Mazda” Rusiyadakı payını 1 avroya satıb- Ölkədən 82 milyonluq zərərlə gedib

Yapon avtomobil istehsalçısı “Mazda” Rusiya biznesindəki payını 1 avroya satıb.

Azpost.info xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

““Mazda” Rusiyadakı aktivlərini “Sollers Auto”ya ötürüb. Müvafiq saziş oktyabrın 24-də imzalanıb. Əməliyyat məbləği 1 avro təşkil edib. “Mazda”nın Rusiya bazarını tərk etməkdən yaranan itkiləri 82 milyon dollardır”, – məlumatda bildirilir.

O da qeyd olunur ki, “Mazda” Rusiyada işini bərpa etmək imkanını görmür.

Şirkətin qərarı Ukraynada hərbi əməliyyatların başlaması və tədarükün qarşısını alan Qərb sanksiyalarının tətbiqi ilə bağlıdır.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Özbəkistana səfərə gedib

Sonrakı məqalə

Səlim Babullaoğlunun sözlərinə yazılmış “Şuşa” simfonik əsəri yayımlanıb