“MDB liderlərinin Moskvaya gəlməsi Ukrayna xalqına qarşı hörmətsizlikdir”- XİN

Ukrayna Xarici İşlər Nazirliyi MDB ölkələri liderlərinin Qələbə günü münasibətilə Moskvaya gəlməsini  “qeyri-dost addım” adlandırıb.

Azpost.info xəbər verir ki, XİN bunu həm də Ukrayna xalqına hörmətsizlik kimi qiymətləndirib.

“Biz xarici dövlət liderlərinin bu tədbirdə iştirakını Ukraynaya qarşı qeyri-dost addım, Ukrayna xalqına qarşı hörmətsizlik kimi qiymətləndiririk”, – bəyanatda deyilir.

Qələbə Günü münasibətilə Moskvaya Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan lideri Sadır Japarov, Ermənistan Baş naziri Nikol Paşinyan, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Tacikistan prezidenti Emoməli Rəhmon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov gəlib.

Azpost.info

Əvvəlki məqalə

9 min ölü, 15 min yaralı

Sonrakı məqalə

Çavuşoğlu Rusiyaya səfərə gedib