Medvedev Qərbi inkvizisiya məhkəməsi qurmaqda ittiham edib

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Rusiyaya qarşı hazırkı sanksiyalarını inkvizisiya üsulları ilə müqayisə edib.

Azpost.info xəbər verir ki, Medvedev bu barədə öz “Telegram” kanalında yazıb. “Qərb dünyasının Rusiya dövlətinə, iqtisadiyyatına və biznesinə qarşı indiki sanksiyaları “Inquisitio Haereticae Pravitatis Sanctum Officium” (müqəddəs inkvizisiya-red) metodlarını çox xatırladır. Onlar özləri ittiham irəli sürüblər, özləri işgəncə veriblər, hökmü özləri çıxarıblar, özləri yandırıblar”, – Medvedev yazıb.

O, xatırladıb ki, inkvizisiya həmin günlərdə quldurluqla qızılları, daşınmaz və digər əmlakları mənimsəyərək bütün etiraz edilənləri məhv edib. Medvedevin sözlərinə görə, Rusiyaya dost olmayan ölkələrin rəsmiləri və Avropa bürokratiyasının nümayəndələri sanki rus sahibkarları dərhal tonqala atmağı təklif edirlər.

Təhlükəsizlik Şurasının sədr müavini xəbərdarlıq edib ki, Rusiya biznesi üçün mülkiyyət hüquqlarını ləğv etmək cəhdi Qərbi beynəlxalq məhkəmələrdə bir çox iddialarla üz-üzə qoyur.

Azpost.info

Əvvəlki məqalə

Ərdoğanın son 8 ildə ən çox səfər etdiyi 3 dövlət hansı olub?

Sonrakı məqalə

“Ümid edirik ABŞ bu təlkxəkliyinə son qoyacaq” –