Medvedyev Baydeni “çoban”, Avropanı “qoyun sürüsü” adlandırdı

“Rusiya neftinə embarqonu dəstəkləməyən Macarıstanın baş naziri Viktor Orban cəsarətli davranıb”.

Azpost.info xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. “Macarıstanın baş naziri Viktor Orban səssiz Avropa üçün cəsarətli addım atdı. O, Rusiyadan enerjiyə dağıdıcı embarqonu və din xadimlərinə qarşı ağılasığmaz sanksiyaları dəstəkləməkdən imtina etdi”, – Medvedev deyib.

Onun sözlərinə görə, görünür, Avropa İttifaqı ölkələrinin daha ağıllı liderləri “amerikalı çoban” tərəfindən qırğına göndərilmiş Avropa sürüsü ilə birlikdə sakitcə uçuruma doğru hərəkət etməkdən yorulublar.

Orbanın fikrincə, Rusiya neftinin tədarükünə qoyulan qadağa Macarıstan iqtisadiyyatına atom bombası atmağa bərabərdir. Onun sözlərinə görə, Aİ ölkələri Rusiya xammalından imtina etmək qərarına gələrək Budapeşt üçün qırmızı xətti keçiblər.

Hökumət başçısı ölkəyə tətbiq edilən embarqonun beş il gecikdirilməsini xahiş edib. Baş nazir əlavə edib ki, ölkənin Rusiyadan neft və qaz almağı dayandırması Macarıstan iqtisadiyyatının mövcudluğuna təhdiddir.

Azpost.info

Əvvəlki məqalə

Tibbi sığorta ilə pulsuz mualicə edən özəl xəstəxanalar-

Sonrakı məqalə

Mərkəzi Nəbatat Bağındakı qanunsuz tikililər sökülür