Şahzadə Harri və həyat yoldaşı Meqan Markl öhdəliklərdən imtina etmələrinə icazə verilməyəcəyi təqdirdə kral ailəsi üzvlərini televiziyada böyük müsahibə verəcəkləri ilə təhdid edirlər.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Nəşrin mənbəyinin bildirdiyinə görə, Sasseks hersoqları artıq ABC, NBC və CBS kimi ABŞ-ın böyük televiziya kanalları ilə, həmçinin məşhur teleaparıcı Opra Vinfri ilə əlaqə qurublar.
Qeyd olunur ki, Britaniya monarxiyası “çirkli paltarları”nın ictimailəşdirilməsini istəmir.
Mənbə qeyd edib ki, Meqan və Harri öz “hekayələrini”, o cümlədən hersoqinyanın bir çox mövzuda susmağa məcbur edilməsi barədə danışmaq niyyətindədirlər.