Merkel postunu vaxtından əvvəl tərk etməyəcək

- Kanslerdən açıqlama
27 Noyabr 2019 - 16:53

Almaniya kansleri Angela Merkel öz postunu vaxtından əvvəl tərk etməyəcək.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniya kansleri bu barədə Bundestaqda çıxışı zamanı bildirib.

Qeyd edək ki, yerli mətbuatda son aylar səhhətində yaranan problemlər fonunda Angela Merkelin öz postunu vaxtından əvvəl tərk edə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

2018-ci ildə dördüncü dəfə Almaniya kansleri seçilən Angela Merkel 2021-ci ilə qədər bu vəzifəni icra etməlidir.