Metroda intihar etmək istəyən şəxs Vətən müharibəsi iştirakçısı olub

Daxili İşlər Nazirliyi (DİN) Bakı metrosunda intihara cəhd hadisəsi ilə bağlı açıqlama verib.
Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Vətən müharibəsi iştirakçısının intihara cəhdinin qarşısı polisin çevik müdaxiləsi ilə alınıb:
“Sosial şəbəkə seqmentlərində ona qarşı zorakılıq edilməsi iddiaların səsləndirilməsi manipulyativ məqsəd daşıyır. Qəti olaraq, diqqətə çatdırıram ki, polisə heç cinayətkara qarşı zorakılıq etmək imtiyazı verilmir. O ki qaldı, Vətən müharibəsinin iştirakçısına qarşı ictimai yerdə xoşagəlməz rəftar edilsin. Onlar bizim baş tacımızdır, onlara cəmiyyətdə yüksək rəğbət və ehtiram var.
Hadisənin təfərrüatı araşdırılır”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tarix elmləri doktoru Aydın Balayev dəfn olunub –

Sonrakı məqalə

Bakı, Sumqayıt və Abşeronda dekabr ayının pensiyaları ödənilib