Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hələlik meymunçiçəyinin Afrikadan kənarda intensiv yayılaraq pandemiyaya çevriləcəyinə görə narahatlığa əsas yoxdur.
Qurumun meymunçiçəyi üzrə baş eksperti Rozamund Levis deyib: “Hələlik pandemiyaya görə narahat olmağa dəyməz. Bu xəstəliyin qarşısını geniş yayılmadan almaq mümkündür”.
ÜST bildirir ki, mayın 7-də Britaniyada ilk dəfə üzə çıxdıqdan sonra dünya üzrə 400-dək yoluxma faktı qeydə alınıb. Bu rəqəm narahatverici olsa da, narahatlığa əsas yoxdur.