Meymunçiçəyinin pandemiyaya çevrilmə ehtimalı yoxdur –ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hələlik meymunçiçəyinin Afrikadan kənarda intensiv yayılaraq pandemiyaya çevriləcəyinə görə narahatlığa əsas yoxdur.

Qurumun meymunçiçəyi üzrə baş eksperti Rozamund Levis deyib: “Hələlik pandemiyaya görə narahat olmağa dəyməz. Bu xəstəliyin qarşısını geniş yayılmadan almaq mümkündür”.

ÜST bildirir ki, mayın 7-də Britaniyada ilk dəfə üzə çıxdıqdan sonra dünya üzrə 400-dək yoluxma faktı qeydə alınıb. Bu rəqəm narahatverici olsa da, narahatlığa əsas yoxdur.

Əvvəlki məqalə

ABŞ-ın yeni səfiri Kiyevə gəlib

Sonrakı məqalə

“Moldovanın MDB-dən çıxmasından danışmaq tezdir” –