Milli Məclis hökumətin 2019-cu il üzrə fəaliyyətinə dair hesabatı qəbul edib

09 Aprel 2020 - 13:20

Bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə edilib.

APA-nın məlumatına görə, hesabat səsverməyə çıxarılaraq qəbul edilib.

Spiker Sahibə Qafarova bildirib ki, deputatların təklifləri Nazirlər Kabinetinə təqdim ediləcək.

***

Baş Nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatını təqdim edir.

APA-nın məlumatına görə, sənəd karantin rejimi ilə əlaqədar videohesabat şəklində təqdim olunur.

Videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.