Milli Məclisin deputatı olmuş sabiq nazir vəfat edib

14 Yanvar 2022 - 10:30

Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Zeynalov vəfat edib.

O, uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.

F.Zeynalov 1942-ci il mayın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirib.

1959-cu ildən fərdi tikiş fabrikində fəhlə, dərzi köməkçisi, dərzi, biçici, istehsalat rəisi, 1975–1983-cü illərdə fabrikin direktoru işləyib. 1983–1987-ci illərdə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin rəisi, 1987–1992-ci illərdə Bakı Trikotaj İstehsalat Birliyinin, «Azəryüngülyeyintisənaye » Birliyinin, «Azərtoxucutəchizatsatış» firmasının baş direktoru olub. 1992–1997-ci illərdə Azərbaycan Respublikasının material ehtiyatları naziri, 1999–2005-ci illərdə «Güvən» şirkətinin baş direktoru vəzifələrində çalışıb. (Modern.az)

2005-ci il noyabrın 6-da 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat seçilib.

İqtisad elmləri namizədi olan F.Zeynalov  Əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi idi.

Allah rəhmət eləsin!